“Qarabağ” daha bir fransalı futbolçu ilə güclənə bilər.

Futbolinfo.az “goal.pl” saytına istinadən xəbər verir ki, “Legiya”nın hücumçusu Miguel Alfarela Ağdam klubunun maraq dairəsindədir.

Ancaq 27 yaşlı forvardı transfer etmək heç də asan olmayacaq. Çünki onun daha bir neçə təklifinin olduğu bildirilir. Ötən ilin yayında “Bastiya”dan 1 milyon avro qarşılığında “Legiya”ya keçən Alfarela özü də komandasını dəyişmək niyyətindədir.

Qeyd edək ki, hazırda “Qarabağ”ın heyətində bir fransalı futbolçu var. Bu, yarımmüdafiəçi Abdullah Zubirdir.

Shares: