Bu gün Novak Cokoviç tennis tarixində unikal rekorda imza atıb. Serbiyalı tennisçi “Böyük dəbilqə” seriyalı turnirlərdə 430-cu oyununu keçirib.

Beləliklə, Cokoviç matçların sayına görə 429 oyun keçirən 20 qat “Böyük dəbilqə” çempionu isveçrəli Rocer Federerin rekordunu yeniləyib.

Bu göstəricidə üçüncü yeri 423 matçla 23 qat “Böyük dəbilqə” qalibi amerikalı Serena Uilyams tutur. Dördüncü yerdə ispaniyalı Rafael Nadal (358 matç) qərarlaşıb.

Shares: