“Araz-Naxçıvan”ın qış fasiləsində baş tutacaq təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının təqvimində dəyişiklik olub.

Futbolinfo.az bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, komanda əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 8-də klubun əvəzediciləri ilə yox, bir gün sonra “Sumqayıt” komandası ilə üz-üzə gələcək. Görüş “Sumqayıt Arena”da keçiriləcək. Oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, yanvarın 5-də bir araya gələcək “Araz-Naxçıvan” yanvarın 9-da “Sumqayıt”la, 11-də isə “Səbail”lə qarşılaşacaq.

Shares: