“Milan” “Montsa”nın futbolçusuna elçi düşüb. Danışıqlar uğurla yekunlaşsa Uorren Bondo “rossonyerlər”in formasını geyəcək.
Futbolinfo.az xəbər verir ki, bu transfer Yussuf Fofanaya alternativ kimi nəzərdə tutulub. “Milan” orta sahədə rəqabəti artırmaq üçün Bondonun faydalı olacağını düşünür.
21 yaşlı fransalının transfer dəyəri 7 milyon avrodur. “Nansi”nin Konqo əsilli yetirməsi 2022-ci ildən A Seriyası klublarında çıxış edir.