“Kəpəz”in yeni transferi, gürcüstanlı yarımmüdafiəçi Rati Ardazişvilinin futbolinfo.az saytına müsahibəsi
– Artıq Azərbaycandasız və “Kəpəz”ə transfer olunmusuz. İlk təəssüratlarınız necədir?
– Bəli, yeni komandadayam və burada hər şey çox yaxşıdır. Çempionatın başlamasını gözləyirik və oyunlara hazırıq. Komandada hər kəs məni çox yaxşı qarşıladı və onlara təşəkkür edirəm. Azərbaycan gözəl ölkədir, Gürcüstana çox yaxındır və burada oynamaq mənim üçün rahatdır.
– “Kəpəz”in durumu ilə bağlı fikriniz necədir? Komanda son pillələrdə qərarlaşıb…
– Futbolda elə vəziyyətlər olur ki, işlər yaxşı getmir. Bu futboldur və hər şey müvəqqətidir. Ümid edirəm ki, biz birlikdə vəziyyəti dəyişə bilərik və klubuma inandığım üçün buradayam.
– Azərbaycanda çoxlu gürcü oyunçu var. Onlarla danışmısınız?
– Bəli, danışdım və tez qərar verdim.
– Hansı futbolçulardan danışdınız və liqamız haqqında sizə nə dedilər?
– Mate Kvirkvia ilə danışdım. Azərbaycanda ancaq futbol haqqında düşünmək üçün hər şeyin olduğunu dedi və gəldim.
– Qış fasiləsində məşqləriniz necə keçdi? Özünüzü necə hiss edirsiniz?
– Qısa fasilə oldu və mən məşqlərə davam etdim. Özümü yaxşı hiss edirəm və çempionatın başlamasını gözləyirəm.
ABBAS