Türkiyə I Liqasının ən bahalı 11 futbolçusu açıqlanıb.
Futbolinfo.az saytının yerli mətbuata istinadən məlumatına görə, siyahıya iki futbolçu başçılıq edir. Onlardan biri isə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovdur. “Ankaragücü”nün formasını geyinən forvardın transfer dəyəri 1,6 milyon avrodur. “Fatih Karagümrük”dən Uesli Moraeş də eyni dəyərdədir.
İlk “üçlüy”ü Renatın komanda yoldaşı Renaldo Çepas qapayır. O, 1,5 milyon avroya bərabərdir.