“Hatayspor”un prezidenti Hikmət Çinçin sabiq futbolçuları Renat Dadaşova görə transfer qadağası ilə üzləşmələrinə münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, Superliqa klubunun rəhbəri bunu əvvəlki rəhbərliyin səhvi kimi qələmə verib.

O, Azərbaycan millisinin hücumçusuna ödənişin edildiyini də deyib: “Renat Dadaşova görə cəzalandırıldıq. Dadaşovun ödənişi həyata keçirilib. Lakin bu, intizam cəzasıdır. Bu cəzalar həm də liqamızın və futbolumuzun keyfiyyətinə mənfi təsir göstərir. “Hatayspor” əvvəllər də bu kimi səhvlərə yol verdi. FİFA “Bunu edə bilməzsiniz” dediyi halda etdilər. Məqsədimiz cəzanın ləğvinə nail olmaqdır. Şikayətimizi FİFA-ya və İsveçrə Məhkəməsinə edəcəyik”.

Qeyd edək ki, FIFA Renat Dadaşovun ödənişini vaxtında etmədiyi üçün “Hatayspor”un iki transfer dönəmində oyunçu almasını qadağan edib. Millimizin forvardı hazırda Türkiyənin I Liqa klubu “Ankaragücü”nün formasını geyinir.

Shares: