“Şamaxı” qış fasiləsində növbəti transferini gerçəkləşdirib. Bir neçə gündür klubun düşərgəsində olan yarımmüdafiəçi Alfons Msanga Mabula ilə rəsmi müqavilə bağlanıb.
Tanzaniyalı futbolçu ilə il yarımlıq (6 ay + 1 il) anlaşma imzalanıb.
Qeyd edək ki, 21 yaşlı oyunçu Serbiyanın “Spartak” (Subotitsa) klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.
Xatırladaq ki, “Şamaxı” bunadək Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov, Andrey-Kostin Tirkovaneu, Michael Thuique Dias Santosu sıralarına qatıb.