Vilfred Zaha ABŞ-yə köçə bilər. Ona MLS klublarından olan “Şarlott” sərfəli təklif göndərib.

Futbolinfo.az xəbər verir ki, hücumçu haqqında qərarı “Qalatasaray” verməlidir. 2023-cü ildə “Kristal Pelas”dan ayrılaraq azad agent kimi Türkiyəyə gələn kot d ivuarlı müqavilə ilə 2026-cı ilin yayınadək “Qalatasaray”a məxsusdur.

32 yaşlı oyunçu hazırda çıxış etdiyi Lion “Olimpik”indən ayrılmaq istəyir. Onun icarə müqaviləsinin müddəti yayda bitsə də, Fransada xoşbəxt deyil və elə indi “Qalatasaray”a qayıtmağı arzulayır. İstanbul təmsilçisi isə onu satmaq niyyətindədir. Bu üzdən “Şarlott”un təklifi yerinə düşüb. Tərəflər transfer pəncərəsi bağlanana kimi qərar verməlidir.

Shares: