Qış fasiləsi zamanı baş məşqçi postunda Yevgeni Kukseviçi gətirən “Araz-Naxçıvan” çalışdırıcının istəyi əsasında heyətini gücləndirmək istiqamətində işlər görür.

Futbolinfo.az xəbər verir ki, son çempion bu günlərdə 3 futzalçı ilə anlaşıb.

Vaxtilə millimizin də formasını geyinmiş Amir Şojaei yenidən “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. Roman Adamov isə Rusiya çempionatından ölkəmizə gəlib. 34 yaşlı hücumçu “Volqa” klubunda çıxış edib. Mateus Henrique də hücumçudur. Braziliyanın “Marreco” klubundan dəvət olunan futzalçının 26 yaşı var. Hər 3 oyunçu ilə “5ay+1 il” müddətinə anlaşma əldə olunub. Əvəzində Qüdrət Qasımzadə və İmaməli Hüseynov “Yasamal Bakı”ya icarəyə verilib.

Shares: