Qadınlar arasında dünya reytinqinin ikinci raketkası, polşalı tennisçi İqa Şvyontek slovakiyalı Rebekka Sramkovaya qalib gələrək (6:0, 6:2) “Australian Open”də üçüncü raunda yüksəlib. O, ardıcıl 20-ci dəfə “Böyük Dəbilqə” seriyasından olan turnirin üçüncü mərhələsində çıxış edəcək.
Şvyontekə qədər Açıq Erada yalnız üç tennisçi belə bir nailiyyət əldə edə bilmişdi. Ona qədər bunu 18 qat BD çempionu amerikalı Martina Navratilova, dördqat BD çempionu ispaniyalı Aranta Sançez-Vikario və 1994-cü ildə Umbldonda qalib gələn Konçita Martinez bacarmışdı.
Xatırladaq ki, 23 yaşlı İqa Şvyontek beşqat “Böyük Dəbilqə” çempionudur.