“Racingnews365” portalının məlumatına görə, Formula 1 çempionatında çıxış edən “Racing Bulls” komandası əsas sponsorunu itirib.

2023-cü ildən RB-nin sponsoru olan Polşanın neft emalı şirkəti “Orlen”lə əməkdaşlıq yekunlaşır. Təşkilat 2019-cu ildə karyerasını bərpa edən Robert Kubitsa ilə birlikdə dünyanın ən prestijli yarış seriyasına daxil olaraq “Williams” və daha sonra “Alfa Romeo”ya dəstək olmuşdu.

“Orlen” şirkəti sponsorluq büdcəsini gənc pilotların yetişməsinə yönəldəcək.

Shares: