Həndbol üzrə dünya çempionatının açılış matçı baş tutub. Turnirin ikiqat gümüş mükafatçısı Norveç yığması E qrupunun ilk oyununda Braziliya komandasına uduzub – 26:29. Arenada oyunu izləyənlər arasında Norveç kralı V Harald da olub.
Görüşün ən məhsuldar oyunçusu 8 qol vuran Braziliya yığmasının sol cinah müdafiəçisi Haniel Lanqaro olub. Norveçlilərin heyətində isə müdafiəçi Tobias Qrondal 6 qola imza atıb.
Qeyd edək ki, həndbol üzrə dünya çempionatı yanvarın 14-dən fevralın 2-dək Norveç, Danimarka və Xorvatiyada keçirilir. Hazırkı dünya çempionları Danimarka millisinin həndbolçularıdır. 2023-cü ildə final matçında onlar Fransanı məğlub etmişdilər.