Gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunub.
Futbolinfo.az “Report”a istinadla xəbər verir ki, Mariana Vasileva gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib. Bolqar mütəxəssisin son günər xarici mətbuatda haqqında gedən xəbərləri nəzərə alsaq, bu, gözlənilən idi.
Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunmuşdu.