“Napoli” PSJ-yə satdığı Xviça Kvaratsxeliyaya əvəzedici axtarır. Gürcü oyunçunun Fransa klubuna transferi tezliklə rəsmiləşəcək və italiyalılar onun satışından əldə olunan gəlirin bir hissəsini yeni sol cinah hecumçusu almağa yönəldəcək.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Antonio Konte Alexandro Qarnaçonu sərəncamında görmək istəyir. Start heyətinə düşməkdə çətinlik çəkən argentinalı “Mançester Yuayted”dən ayrılmaq qərarına gəlib və bu təklifə isti yanaşır. Lakin ingilislər “Napoli”nin təklif etdiyi 40 milyon funt-sterlinqi yetərli saymır. İlk təklif rədd edilib və tərəflər transferi yenidən müzakirə etməyi qərara alıblar. Güman ki, ortaq məxrəcə gəlmək mümkün olacaq.

20 yaşlı argentinalı “Mançester Yunayted”də yetişib. Lakin yeni baş məşqçi Ruben Amorimin onu istəməməsi 2028-ci ilin yayınadək müqaviləsi olan cinah oyunçusunun satılmasını şərtləndirir.

Shares: