Dördqat dünya çempionu, “Red Bull” komandasının sürücüsü Maks Ferstappen 12 milyon avro dəyərində lüks yaxta alıb. Bu barədə “La Gazzetta dello Sport” xəbər verir.
Mənbənin sözlərinə görə, Ferstappen iki il əvvəl sifariş verdiyi yaxtasını artıq təhvil alıb. Söhbət 33 metrlik “Mangusta GranSport 33”dən gedir. Maks yaxtanı rəfiqəsi Kelli Pikein müşayiəti ilə İtaliyanın Viareggio limanından götürüb.
Formula 1 sürücüsü öz yaxtasına “Lease the Lion” adını verib. Bu isə “şir Ferstappen” ifadəsinin simvoludur.
Xatırladaq ki, 2024-cü il mövsümündə Ferstappen ardıcıl dördüncü dəfə çempionluq titulunu qazanıb.