AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin (OSTK) 18 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh “Difai” Futbol Klubu MMC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.


Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, OSTK-nın 18 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı Aleksandr Prikrostov tərəfindən verilən apellyasiya şikayəti qismən təmin olunub. OSTK-nın 18 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilib. Tribunal tərəfindən yeni qərar qəbul ediləcək.


İddiaçı tərəfindən çəkilmiş xərclərin ödənilməsinə dair iş üzrə futbolçu tərəfindən verilmiş iddia ərizəsi qismən təmin olunub. Onun sağlamlığının bərpa edilməsi məqsədilə çəkilən xərclərin əvəzi olaraq müəyyən edilmiş 7256,13 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qərara alınıb.


Aleksandr Prikrostovun apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.

Shares: