Goranboy rayonunda ağırlıqqaldırma turnir keçirilib.
Yarış 20 yanvar və vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Tədbirdə çıxış edənlər ölkə başçısının idmana göstərdiyi diqqət və qayğıdan geniş bəhs edərək, ölkə ərazisində ağırlıqqaldırma idman növünün sürətlə inkişaf etdiyini vurğulayıblar.
Rəsmi hissə başa çatdıqdan sonra turnir start götürüb.
Yarışda 40 ağırlıqqaldıran mübarizə aparır. Turnirə yanvarın 19-da yekun vurulacaq.
BƏHRUZ MUSAYEV