Ağdaş Olimpiya İdman Kompleksində gənclər və idman sektorunun təşkilatçılığı ilə minifutbol üzrə rayon turnirinə start verilib.

Turnirin keçirilməsinin əsas məqsədi bu idman növünü inkişaf etdirmək, təbliğat, əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, fiziki aktivliyin təmin olunmasıdır.

Turnirə yanvarın 30-da yekun vurulması nəzərdə tutulub. Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən diplom və medallarla təltif olunacaq.

BƏHRUZ MUSAYEV

Shares: