Tennis üzrə Australian Opendə qadınların ilk ¼ final cütlükləri müəyyənləşib.

Keçən il çempion olan Arina Sabalenka 1/8 finalda Mirra Andreyevanı rahat şəkildə məğlubiyyətə uğradıb – 6:1, 6:2. Belaruslu tennisçinin rəqibi Pavlyuçenkova – Vekiç görüşündə məlum olub. Rusiyalı tennisçi iki setdə qələbə qazanıb – 7:6, 6:0.

ABŞ-li Kori Qauf ¼ finala çıxmaq üçün 3 set oynamaq məcburiyyətində qalıb. O, İsveçrədən olan Bençiçə qalib gəlib. İspaniyalı Badosa isə iki setdə Daniloviçə qalib gəlib. Beləliklə də, ikinci ¼ final oyununda Qaufla Badosa qarşılaşacaq.

Shares: