İspaniyanın “Barselona” klubu ardıcıl doqquz oyunda qol buraxmaqla antirekordunu təkrarlayıb.

Futbolinfo.az xəbər verir ki, bu, La Liqanın 20-ci turunda “Xetafe” ilə baş tutan görüşdə (1:1) reallaşıb.

Kataloniya təmsilçisi La Liqada ardıcıl 9-cu oyunda qapısında top görüb. Belə hal sonuncu dəfə 2018-ci ildə Ernesto Valverdenin rəhbərliyi altında baş vermişdi.

Hazırda “Barselona” turnir cədvəlində 39 xalla üçüncü yerdədir. “Xetafe” isə 20 xalla 16-cıdır.

Shares: