“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 19-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:5 hesablı məğlubiyyətə belə şərh verib:
“Bu oyunda “Kəpəz” layiqli qələbə qazandı. Bu münasibətlə onları təbrik edirəm. Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik. Bu günkü oyunda heç nə alınmadı. Nəticə çıxarmalıyıq. Müdafiədə ilk dəfə Sadiq Quliyev oynadı, Araş xəstə idi. Standart vəziyyətlərdə kobud səhvlər oldu. Halbuki bunun üzrərində çox işləmişdik. Hədəfimiz dəyişmir. Qarşıda çox oyun var. Bu oyundan nəticələr çıxarmalıyıq. Qeyd etdiyim kimi müdafiədə problemlərin olacağını bilirdik. Standartlardan belə asan qol buraxacağımızı gözləmirdik”.