“Sabah” tezliklə yeni transferini açıqlayacaq. Bakılılar qapını əcnəbiyə tapşırmaq fikrindədir.
Futbolinfo.az xəbər verir ki, “bayquşlar” Qazaxıstan millisinin və “Tobol”un qapıçısı Stas Pokatilovu sıralarına qatıb. Hazırda ölkəmizdə olan legionerin keçidi tezliklə rəsmən açıqlanaca. 32 yaşlı qolkiperlə ilyarımlıq müqavilə razılaşdırılıb.
“Akjayık” yetirməsi vətənində Karaqanda “Şaxtyor”unun, “Aktobe”nin və “Kayrat”ın da formasını geyib. 2016-cı ildə 6 aylıq, 2017-də bir illik icarədə olan Stas “Rostov”da qalmağı bacarmayıb.
“Sabah”ın əsas qapıçısı Yusif İmanovdur. Zaman-zaman onu əvəzləyən Nicat Mehbalıyev hazırda zədədən əziyyət çəkir. Pokatilovun transferi baş məşqçi Vasili Berezutskinin onlardan tam razı qalmamasına görədir. Yəqin ki, yeni oyunçu tezliklə əsas heyətin dimi üzvü olacaq.