“Səbail” yeni futbolçu ilə anlaşmaq üzrədir. “Dənizçilər” Almaniyadan gələn Coy-Slayd Mikelsi baxışdan keçirir.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı vingerin son klubu “Ay-Yıldızspor” olub. O, daha öncə İsveçrədə “Aarau”nun və Norveçdə “Strommen”in şərəfini qısa müddət qoruyub. Futbolçunun karyerasının böyük hissəsi Almaniyanın aşağı dəstə komandaları ilə bağlıdır.
Olayın ən maraqlı tərəfi onun ölkəmizdə oynayacaq 3-cü Mikels olmasıdır. Coy-Slaydın qardaşlarından Coy-Lens “Sabah”ın, Leroy “Şamaxı”nın şərəfini qoruyur. “Səbail” transferi reallaşdırsa, Konqo əsilli almaniyalı 3 qardaş eyni vaxtda müxtəlif klublarımızın formasını geymiş olacaq.
Onların hamısının sol cinah hücumçusu olması da maraqlı məqamdır. Leroydan fərqli olaraq, digər iki qardaş əkizdir.
Coy-Lens Mikels
Coy-Slayd Mikels
Leroy Mikels