“Neftçi”nin futbolçusu Andrey Ştoqrin Premyer Liqanın XIX turunda “Sabah”la oyundan (1:1) sonra fikirlərini bölüşüb.

Matçda “ağ-qaralar”ın yeganə qolunu vuran ukraynalı cinah oyunçusu klubun televiziyasına açıqlamasında bunları deyib: “Qış fasiləsindən sonra oyuna qoşulmaq çətin olur. Düşünürəm ki, komanda şəklində yaxşı çıxış edə bildik. Növbəti oyunlara köklənəcəyik. “Neftçi” kimi böyük komandada qol vurmaq qürurdur. Ümid edirəm ki, gələcək matçlarda da qollarla azarkeşlərimizi sevindirə biləcəm. Yaxşı toplanış keçmişik, yavaş-yavaş hər kəs bunu görəcək. Bir az bəxt amili çatışmır. Növbəti oyunlarda qələbələrimiz çox olacaq”.

Shares: