“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXII turunda “Brayton”a 1:3 hesabı ilə uduzub. Beləliklə, “qırmızı şeytanlar” bu mövsüm çempionatda 12 ev oyununda 6 dəfə məğlub olub. Bu, klub tarixində son 131 ilin ən pis göstəricisidir.

Oyundan sonra komandanın baş məşqçisi Ruben Amorim də bu barədə danışıb. O, hazırkı komandanın bəlkə də “Mançester Yunayted” tarixinin ən bərbad kollektivi olduğunu bildirib.

“Mançester Yunayted” Premyer Liqada 22 turdan sonra 26 xalla 13-cü sıradadır.

Shares: