Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü il üçün liqaların reytinq cədvəlini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, İtaliya A Seriyası tarixdə 13-cü dəfə ən güclü liqa seçilib, İspaniya La Liqası ikinci, Premyer Liqa isə üçüncü olub.

Onlardan sonra Argentina, Almaniya, Braziliya, Portuqaliya, Fransa, Belçika və Niderland çempionatları gəlir.

Azərbaycan Premyer Liqası siyahıda 36-cı olub. Maraqlıdır ki, ölkə çempionatımız postsovet məkanında hamını qabaqlayır. Belə ki, keçmiş SSRİ respublikaları arasında Ukrayna çempionatı 38-ci, Belarus 59-cu yeri tutub. Rusiya 73, Moldova 85, Qazaxıstan 86, Özbəkistan 96 , Türkmənistan isə 98-ci yerdədir.

Ən güclü liqaların siyahısından bir gün əvvəl IFFHS ilin ən yaxşı klublarının ənənəvi reytinqini də açıqlamışdı. Keçən ilin ən yaxşı komandası gözlənildiyi kimi Madrid “Real”ı olmuşdu.

Shares: