“Məqsədimiz qələbə qazanmaq və ikinci dövrəyə uğurlu start vermək idi. Məncə, pis çıxış etmədik. Hesabda önə keçmək üçün imkanlarımız oldu, amma təəssüf ki, bu fürsətləri dəyərləndirə bilmədik. Matç boyu bəxtsizlik bizdən əl çəkmədi və nəticədə oyun bərabərliklə bitdi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Neftçi” – “Sabah” (1:1) oyunundan sonra Azər Salahlı deyib.

“Ağ-qaralar”ın müdafiəçisi həmçinin şanssızlıq üzündən avtoqola imza atmasının oyunun nəticəsinə təsit etdiyini bildirib: “Əslində, qış fasiləsində çox yaxşı hazırlaşmışdıq. Buna görə də qələbə gözləyirdik. Amma futbolda belə hallar olur. Şanssızlıq nəticəsində avtoqol vurdum, bu, mənim üçün təəssüf doğuran bir an idi. Amma artıq bu səhvi geridə qoymaq və növbəti oyuna tam hazırlaşmaq vaxtıdır. Artıq diqqətimizi “Araz-Naxçıvan”la oyuna yönəldib, matça ən yaxşı formada hazırlaşmağa çalışacağıq. Ümid edirəm, hər şey istədiyimiz kimi gedər və qələbə qazanarıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: