16-cı dünya çempionu, dünya reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen Ruben Amorimin rəhbərliyi altında “Mançester Yunayted”in çıxışından narazıdır.
Bununla əlaqədar olaraq Maqnus Karlsen sosial media səhifəsində “Amorim, çıx get” yazıb.
Xatırladaq ki, dünən “qırmızılar” İngiltərə Premyer Liqasının 22-ci turunun ev oyununda “Brayton”a uduzublar. Görüş 1:3 hesabı ilə başa çatıb. 22 matçdan sonra “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir. Komanda 26 xal toplayıb. Növbəti turda Ruben Amorimin yetirmələri “Fulhem”lə qarşılaşacaq.