İspaniya Kral Futbol Federasiyası (RFEF) hakimliyi təkmilləşdirmək üçün iki əsas futbol liqasının bütün 42 klubunun rəhbərləri və referilərin iştirakı ilə iclas keçirmək qərarına gəlib.
İspaniya mətbuatının yazdığına görə, görüş fevralın 6-da hakimlər komitəsinin rəhbəri Luis Medina Kantalexo və peşəkar liqanın prezidenti Xavyer Tebasın iştirakı ilə keçirilməlidir.
RFEF rəhbərliyi ümid edir ki, bu, qarşılıqlı anlaşmanın tapılmasına və münasibətlərdə gərginliyin azalmasına kömək edəcək.