Australian Open-də 1/8 final mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, kişilərin yarışında Yannik Sinner 4 setdə Holger Runeyə qalib gəlib – 3:1.
Beləliklə də o, 1/4 finalda Aleks Di Minor ilə qarşılaşacaq. Avstraliyalı tennisçi 1/8 finalda ABŞ-dən olan Mikelsenə rahat şəkildə qalib gəlib – 3:0.
Lorenso Soneqo gənc Leyner Tini məğlub edib – 6:3, 6:2, 3:6, 6:1. Onun növbəti mərhələdə rəqibi Ben Şelton olacaq. ABŞ-li idmançı Qael Monfisə qalib gəlib.
Qadınlarda ukraynalı Elina Svitolina prinsipial qarşılaşmada rusiyalı Kudermetovanı məğlub edib. Qazaxıstanlı Rıbakina isə Keysə uduzub. Navarro və Şvyontek də qalib gələrək növbəti mərhələyə çıxıblar.