Misli Premyer Liqasının 19-cu turu iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Futbolinfo.az saytının məlumatına görə, bunlar Məqsəd İsayev və Araş Qaderidir.
“Zirə”nin müdafiəçisi İsayev “Araz-Naxçıvan”la (1:0) oyunda, “Turan Tovuz”un iranlı arxa xətt oyunçusu Qaderi isə “Kəpəz”lə (2:5) qarşılaşmada sarı vərəqə alıb. Bununla onlar cari mövsüm 4-cü sarı vərəqələrini alıblar. Bu da o deməkdir ki, İsayev və Qaderi komandasının növbəti görüşünü buraxacaq.
Qeyd edək ki, 20-ci turda “Zirə” “Şamaxı”nın, “Turan Tovuz” isə “Qarabağ”ın qonağı olacaq.