Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsində ev oyunlarını hansı ölkədə keçirəcəyini dəqiqləşdirmək üzrədir.

Futbolinfo.az saytı xəbər verir ki, ukraynalılar iki ölkə arasında seçim qarşısındadırlar.

Belə ki, Ukrayna Futbol Assosiasiyası seçmə mərhələdə rəqiblərini Almaniya və ya Polşada qəbul etməyi düşünür. Assosiasiyası üçün prioritet Almaniyadır. Çünki futbolçuların bu ölkədə daha rahat oynadıqlarını düşünürlər. Bu səbəbdən qurum üçün ilk variant Almaniyadır.

Qeyd edək ki, Ukrayna yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən biri də Azərbaycan millisidir. Sentyabrın 9-da Ukraynanı qəbul edəcək Fernandu Santuşun yetirmələri oktyabrın 13-də səfər qarşılaşmasına çıxacaq. Qrupun digər iştirakçısı İslandiya yığmasıdır. Millətlər Liqasının pley-off mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi də bu qrupda mübarizə aparacaq.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında yaşanan müharibə ilə əlaqədar Ukrayna yığması ev oyunlarını neytral ölkədə keçirir.

Shares: