Mateus Kunya “Arsenal”a keçə bilər. Londonlular “Vulverhempton”un üzvü ilə ilkin danışıqları yekunlaşdırıb.

Madrid “Atletiko”sundan 50 milyon avroya transfer edilən brazilyalının klubu ilə 2027-ci ilin yayınadək müqaviləsi var. Lakin o, israrla “topçular”a qoşulmaq istəyir. Klubunun yeni müqavilə təklifindən imtina edən 25 yaşlı hücumçu “Vulverhempton” rəsmilərini razı salmaq niyyətindədir.

“Arsenal” transfer pəncərəsi bağlanmamış hücumçu almaqda israrlıdır. Amma Kunya üçün böyük pullar xərclənməyəcək. Uyğun şərtlər olarsa, keçid reallaşacaq, əks halda, digər variantlara baxılacaq.

Shares: