“Milan” Temmi Abrahamı heyətində saxlamaqda maraqlı deyil. “Rossonyerlər” “Roma”dan icarəyə götürdüyü forvardı yayda geri göndərəcək.

Futbolinfo.az xəbər verir ki, milanllıların yarımmüdafiəçisi Aleksis Salemakers də “Roma”da icarədədir. Paytaxt klubu belçikalının çıxışından məmnundur və onu saxlamaq istəyir.

“Milan” oyunçusunu satmağın əleyhinə deyil. Amma onu Abrahamla dəyişməyəcək. “Rossonyerlər” daha güclü hücumçu axtarışındadır.

Shares: