Qonsalo Montiel Argentinaya qayıdıb. Dünya çempionu yenidən “River Pleyt”də çıxış edəcək.
Futbolinfo.az xəbər verir ki, sabiq klubu sağ cinah müdafiəçisini almaq üçün “Sevilya”ya 4,5 milyon avro ödəyib. 2021-ci ildə əks marşrutla İspaniyaya gələrkən əndəlüslülər 11 milyon avro xərcə düşmüşdü.
Bir il “Nottingem Forest”də icarədə də olmuş 28 yaşlı müdafiəçi yetişdiyi klubla 2028-ci ilin sonunadək müqavilə bağlayıb.