Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
“Gənclər”in MOİK-lə üz-üzə gəldiyi qarşılaşmada “hərbiçilər” 3:2 hesabı ilə qalib gəliblər. “Xilasedici” – “Neftçi” görüşündə isə birincilər 3:0 hesablı qələbəyə seviniblər.
Görüşlər müvafiq olaraq Sumqayıt Olimpiya İdman Kompleksi və Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil edilib.
Tura yanvarın 23-də gerçəkləşəcək “Azərreyl” – “Murov Az Terminal” oyunu ilə yekun vurulacaq.