“Qarabağ” bu gün Avropa Liqasında növbəti sınağına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Liqa mərhələsində 7-ci turu çərçivəsində doğma meydanda Rumıniyanın FCSB komandası ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Əvvəlki 6 oyunda cəmi 1 qələbəsi olan təmsilçimiz 3 xalla 33-cü pillədə qərarlaşıb. FCSB isə 6 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və cəmi 1 məğlubiyyət görüb. Bu komanda 11 xalla 10-cu pillədədir.

Avropa Liqası
Liqa mərhələsi

23 yanvar

21:45. “Qarabağ” – FCSB
Baş hakim: Filip Qlova (Slovakiya).
Tofiq Bəhramov adına Respublika stadionu. 

Shares: