Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Ukrayna yığmasının daha bir futbolçusu karyerasını Avropada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, hücumçu Danilo Sikan Türkiyədə legioner həyatı yaşayacaq. Donetsk “Şaxtyor”unun forvardı bundan sonra “Trabzonspor”un formasını geyinəcək. 23 yaşlı ön xətt oyunçusu Superliqa təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.

Ukrayna millisinin digər futbolçusu Aleksandr Zubkovun da eyni marşrut üzrə hərəkət etməsi gözlənilir. Donetsk “Şaxtyor”unun vingeri də “Trabzonspor”la danışıqların son mərhələsindədir.

Qeyd edək ki, millimiz DÇ-2026-nın seçmə mərhələsinin D qrupu çərçivəsində Ukrayna ilə sentyabrın 9-da evdə, oktyabrın 13-də isə səfərdə qarşılaşacaq.

Shares: