Basketbol üzrə Avroliqa turnirində 23-cü tura Belqradda start verilib.

“Partizan” komandası evdə debütant “Paris”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 92:86.

Oyunun ən məhsuldar basketbolçusu qonaq komandanın müdafiəçisi Timoti Şorts olub. Fransız basketbolçunun aktivində 19 xal var. Meydan sahiblərinin heyətində Cənubi Sudandan olan Karlik Cons 17 xal toplayıb.

Ardıcıl 3-cü oyunda qalib gələn “Partizan” turnir cədvəlində 11-ci sıradadır.

Qeyd edək ki, bu gün turnirdə daha 5 oyun keçiriləcək. Türkiyənin “Anadolu Efes” komandası 21:30-da İtaliyanın “Milano” komandasını qəbul edəcək.

Shares: