Markuş Reşfordu transfer etmək istəyən klubların sırasına daha biri qoşulub. Marsel “Olimpik” “Mançester Yunayted”in hücumçusuna müştəri düşüb.
Futbolinfo.az xəbər verir ki, Fransa klubu İngiltərə millisinin üzvünü icarəyə götürmək istəyir. Digər klublardan daha yaxşı təklif göndərən marsellilərin qarşısındakı yeganə əngəl “Barselona”dır. Markus özü İspaniya nəhənginə keçidə daha isti yanaşdığından, “Olimpik” gözləmə mövqeyindədir.
Hücumçunun taleyinə yaxın günlərdə aydınlıq gəlməlidir. Çünki mançesterlilər onu tezliklə yola salıb başqa transferlər etməyi düşünür.