I Liqada çıxış edən “Karvan”ın baş məşqçisi Kənan Kərimov vaxtilə formasını geyindiyi “Qarabağ”ın bu gün Avropa Liqasının Liqa mərhələsində Rumıniyanın FCSB klubu ilə oyundakı şanslarını dəyərləndirib.
Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
“Qarabağ” gözəl oyunu və yaxşı nəticəsi ilə bütün azarkeşləri sevindirəcək. Buna ürəkdən inanıram. “Qarabağ”a Rumıniya klubu ilə matçda uğurlar arzulayıram”.