Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyada keçiriləcək 26-cı beynəlxalq qış yarışında iştirak edəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Sarıyeva yanvarın 25-də Xemnitz şəhərində gerçəkləşəcək yarışda üçtəkanla tullanma növündə mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Atletikasının təşkil etdiyi turnir “challenger” səviyyəlidir.

Shares: