“Zirə”nin sabiq müdafiəçisi Nemanya Andelkoviç yenidən komandasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, serbiyalı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək.
2023-cü ilin yayında “Zirə”dən ayrılan 27 yaşlı oyunçu həmin vaxtdan bəri üçüncü dəfə yeni komandaya keçib. Son il yarımda Rusiyada “Akron” və “Ximki” kollektivlərində çıxış edən Andelkoviç bu dəfə “Aktobe” ilə anlaşıb. Müdafiəçi yeni komandası ilə münasibətləri rəsmiləşdirib.
Qeyd edək ki, Nemanya Andelkoviç 2021-2023-cü illərdə “Zirə”nin heyətində 55 oyun keçirib.