Ötən ilin oktyabrında “Neftçi”dən ayrılan Brayan Morenonun səhhətində problem yaranıb.

Futbolinfo.az Kolumbiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun yerli “Amerika”ya keçidi baş tutmayıb.

“Neftçi”dən ayrıldıqdan bəri klubsuz qalan Moreno azad agent kimi “Amerika” ilə anlaşsa da, tibbi müayinədən uğurla keçə bilməyib. Oyunçunun probleminin nədən ibarət olduğu açıqlanmasa da, rəhbərlik bu üzdən geri addım atmalı olub. Nəticədə Morenonun Kali klubuna keçidi alınmayıb.

Qeyd edək ki, ötən ilin yanvarında Sofiya MOİK-indən “Neftçi”yə keçən Brayan Morenonun oktyabrda müqaviləsinə xitam verilib. Forvard bu müddətdə Bakı klubunun heyətində 15 oyunda 4 qol vurub. Ölkəmizdə də onun sağlamlıqla bağlı tez-tez problemləri ortaya çıxırdı.

Shares: