Tennis üzrə Australian Open turnirində daha bir finalçı məlum olub.

Kişilərin mübarizəsində Aleksandr Zverevlə Novak Cokoviç qarşılaşıb. İlk set ərzində tennisçilər breyk edə bilməyiblər. Nəticədə tay-breyk setin taleyini həll edib. Novak qələbəyə yaxın olsa da, səhv edərək bunu əldən verib. Almaniyalı tennisçi tay-breykdə 7:5 hesabı ilə qələbə qazanıb. Bundan sonra Cokoviç oyunu davam etdirməkdən imtina edib.

Beləliklə, Zverev finala yüksəlib. Bu, onun karyerasında 3-cü final olacaq.

Oyundan sonra keçirilən mətbuat konfransında Novak Cokoviç bir daha Australian Open turnirində iştirak edə bilməyəcəyi ehtimalının yüksək olduğunu da qeyd edib.

Shares: