Almaniya Futbol Federasiyası yığma komandanın baş məşqçisi Yulian Naqelsmannla müqaviləni yeniləyib. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, 37 yaşlı mütəxəssislə yeni sözləşmə 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Naqelsmann 2023-cü ilin sentyabrından Almaniya millisinə rəhbərlik edir. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər idi.

Almaniya millisi Naqelsmannın baş məşqçiliyi altında Avro-2024-də mübarizəni 1/4 finalda dayandırmışdı.

Shares: