Kasper Şmeyhel yeni müqavilə bağlayıb. Danimarka yığmasının 38 yaşlı qapıçısı “Seltik”də qalacaq.
Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper2026-cı ilin yayınadək Şotlandiya klubunun şərəfini qoruyacaq. Onun uğurlu çıxışı klub rəhbərliynin belə qərar verməsinə səbəb olub.
Ötən ilin yayında “Anderlext”dən “Seltik”ə gələn qolkiper daha çox İngiltərə klublarında forma geyib. Onun ən uğurlu dönəmi 11 mövsüm keçirdiyi, hətta çempion da olduğu “Lester”lə bağlıdır.