“Mançester Yunayted”in tarixində ən gənc oyunçu hesab olunan Devid Qaskell 84 yaşında vəfat edib.

Qaskell “Mançester Yunayted” tarixinin ən gənc oyunçusu hesab edilir. O, komandada 1956-cı il oktyabrın 24-də, 16 yaş 19 günündə olarkən, “Mançester Siti”yə qarşı matçda debüt edib.

Oyuna tamaşaçı qismində qatılan Qaskell zədəli qapıçı Rey Vudu əvəzləyərək komandasına kuboku təmin etmək üçün qapını qoruyub.

İngiltərəli qolkiper 1968-ci ilə qədər Mançester təmsilçisində çıxış edib. Eyni zamanda ikiqat İngiltərə çempionu və ölkə kubokunun qalibi olub. Daha sonra “Viqan” və “Reksem” komandalarında çıxış edib.

Shares: