Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün Avropa çempionatının ilkin mərhələsində birinci oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo ilə qarşılaşacaq.

San Marinodakı “Multieventi Sport Domus”da baş tutacaq görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

U-19 yanvarın 26-da San Marinonun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun bütün oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.

Shares: